EN

Tramp Netanyahunu qəbul edəcək İranla danışıqlar genişləndirilir

Sitat.info portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü İsrailin Baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul edəcək.

Sitat.info xəbər verir ki, görüş zamanı Netanyahu ABŞ-ın İranla apardığı danışıqların genişləndirilməsi məsələsini gündəmə gətirməyi planlaşdırır. İsrail baş nazirinin Vaşinqtonu Tehranın nüvə proqramı ilə yanaşı, raket arsenalına və digər təhlükəsizlik təhdidlərinə dair məhdudiyyətləri də müzakirələrə daxil etməyə çağıracağı gözlənilir.

Bu, Trampın prezidentliyə qayıdışından sonra,təxminən 13 ay ərzində  Netanyahu ilə keçirilən yeddinci görüş olacaq. İsrail lideri ötən cümə günü Omanda keçirilmiş nüvə danışıqlarından sonra ABŞ-ın İranla aparacağı növbəti müzakirə mərhələsinə təsir göstərməyə çalışacaq.

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda keçirilən bu görüşün regiondakı təhlükəsizlik balansına və ABŞ-İran münasibətlərinə necə təsir edəcəyi diqqətlə izlənilir.

Aytac,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
sitat.info

2Sources