EN

“Qarabağ” “Şamaxı”ya da uduzdu

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

1/4 final, ilk oyunŞamaxı – Qarabağ 2:1 (2:0)Şamaxı: 1. Rikardo Fernandes, 82. Rüfət Abbasov, 44. David Santos, 4. Sezar Enrike, 5. Arsen Ağcabəyov (k), 7. Edqar Adilxanov (8. Alfons Msanqa, 71), 13. Rikardo Apolinario, 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 82), 2. Abdulla Rzayev (80. Həbib İsmayılov, 71), 9. Karim Rossi (10. Andrey Tırkovyanu, 82), 11. Dioqo Balau (19. Abdullahi Şuaybu, 87).Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 21. Bilal İsmayılov, 48. Ramiz Muradov, 14 Ravil Qafarov.Baş məşqçi: Ayxan Abbasov.Qarabağ (Ağdam): 97. Fabian Buntiç, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov (k), 3. Sami Mmae, 18. Dani Bolt, 20. Kadi Borges (8. Marko Yankoviç, 61), 32. Hikmət Cəbrayılzadə (9. Xoni Montiel, 61), 77. Ramil Şeydayev (10. Abdulla Zubir, 61), 11. Emmanuel Addai (15. Leandro Andrade, 61), 21. Aleksey Kaşuk (17. Kamilo Duran, 61), 22. Musa Qurbanlı. Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Kris Kuaku, 35. Pedro Bikalyo.Baş məşqçi: Qurban Qurbanov.Qollar: K.Rossi, 26 (1:0). K.Rossi, 42 (2:0). M.Qurbanlı, 78 (2:1).Vərəqələr: K.Rossi, 13 (qeyri-idman hərəkəti). M.Qurbanlı, 45 (qeyri-idman hərəkəti). O.Məmmədov, 77 (qeyri-idman hərəkəti) – sarı.Hakimlər: KAMRANBƏY RƏHİMOV, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov (hamısı Bakı).VAR hakimi: Rauf Cabbarov (Bakı).VAR hakiminin köməkçisi: Emin Əliyev (Bakı).Hakim-inspektor: Anar Salmanov (Bakı).AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).5 fevral. Şamaxı. Şəhər stadonu. 1200 tamaşaçı (2200 yerlik).Hər hissəyə 4 dəqiqə əlavə olunub.2026-da çıxdığı 4 rəsmi oyunun ikisində uduzan “Qarabağ” bu dəfə “Şamaxı”nın qonağı idi. Qurban Qurbanov yenə meydana optimal heyət buraxmamışdı. Oyunun əvvəlindən sonuna kimi sıx duman stadionun üzərindən çəkilmədi. Bu məqam oyunun keyfiyyətinə böyük zərər vurdu. Futbolçular və stadionda olan azarkeşlər ilə yanaşı, televiziya tamaşaçıları da meydanda yaşananları ayırd etməkdə çətinlik çəkdi.Elə ilk dəqiqədə Edqar qol vurmağa yaxın oldu. Onun iti bucaq altından zərbəsini Buntiç dəf etməyi bacardı. 9-cu dəqiqədə Kaşuk baxımlı zərbə ilə qol vura bilərdi. Lakin Rikardo inamlı oynadı. Ümumiyyətlə, bu oyunda hər iki qapıçı çox yaxşı çıxış etdi. 4 dəqiqə sonra qonaqlar yenidən qola yaxın oldu. Toralın asmasından sonra Ramilin başla zərbəsi çox yaxşı alındı. Lakin Rikardo çox çətinliklə də olsa, bu zərbəni çıxarmağı bacardı. 18-ci dəqiqədə isə Rikardonun həmkarı diqqətəri üzərinə çəkməyi bacardı. Bir həmlədə Abdullanın ötürməsini, Balaunun qüvvətli zərbəsini çıxara bildi. 26-cı dəqiqədə isə hesab açıldı. Apolinarionun baxımlı ara ötürməsindən sonra Rossi qapıçı ilə üzbəüz qalsa da, soyuqqanlı şəkildə topu qapıdan keçirməyi bacardı, qol sevinci zamanı oyuna televiziyadan baxan qızına mesaj göndərdi. Ev sahibləri hesabda öndə olsa da, yenə rəqibə təzyiq göstərirdi. Sanki rəqib “Qarabağ” yox, “Karvan-Yevlax” idi. 41-ci dəqiqədə Abdulla məhsuldar ötürmə ilə yadda qaldı. Topu qəbul edən Rossi isə tablodakı hesabı dəyişdi - topu qapıdan keçirməyi bacardı. Hissənin sonlarına qədər başqa təhlükəli, yaddaqalan epizod olmadı. Hətta ikinci hissə başlayanda da. Dumanın hərdən artıb, hərdən azalması da oyuna təsirsiz ötüşmürdü. İkinci hissənin ilk 20 dəqiqəsində meydanda maraqlı nəsə baş vermədi. 61-ci dəqiqədə Qurban Qurbanov “ağır artilleriyanı” - Zubir, Andrade, Addai, Duran, Montiel “beşliy”ini “döyüşə atdı”. Lakin onlar da fərq yarada bilmədi. 67-ci dəqiqədə Montiel uzaqdan zərbə endirdi, amma heç bir təhlükə yaratmadı. 78-ci dəqiqədə isə “köhlən atlar” fərqi azaltmağa nail oldu. Toralın cinahla irəliləyəndən sonra verdiyi ötürməni Musa qolla tamamladı. Son dəqiqələrdə də “Qarabağ” təşəbbüsə malik idi. Lakin ağdamlılar nə qol vura bildilər, nə də təhlükə yaratdılar. Beləliklə, bu il 5-ci rəsmi oyunda 3-cü məğlubiyyətini alan “Qarabağ” yarımfinal istəyini Bakıya saxladı. Gözdən qaçmadı // Buraxılan ikinci qoldan sonra “İmarət Tayfa” “Koxalski, Koxalski” qışqırdı. // Qolu elan edən diktor isə “hesab “iki nol” oldu” dedi.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
55
1
icma.az

2Sources