EN

Tanınmış türkiyəli aktyor dünyasını dəyişdi

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Poyraz Karayel” serialındakı Sefer rolu ilə yadda qalan türk aktyor Kanbolat Görkem Arslan 45 yaşında dünyasını dəyişib.

Yeniavaz.com “Haberler”ə istinadən xəbər verir ki, onun, gecə yarısı Beyoğlundakı evində səhhəti pisləşib.

Təcili tibbi yardım Arslanı xəstəxanaya aparıb, lakin bütün səylərə baxmayaraq, aktyor vəfat edib.

“Çəmbərimdə gül oya”, “Poyraz Karayel” və “Bir dəli rüzgar” kimi işlərdəki rolları ilə tanınan Kanbolat Görkem Arslanın son layihəsi “Kudüs Fatihi Səlahəddin Əyyubi” serialı olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
yeniavaz.com

1Sources