EN

Ermənilər buna hazır deyildi Zahid Oruc

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Biz müharibəni elmlə qazandıq" . 

Modern.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin Direktoru, deputat Zahid  Oruc “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir illiyinə həsr olunmuş

“Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda Respublika Elmi Konfransındakı çıxışında deyib.

"II Qarabağ müharibəsi göstərdi ki, biz yalnız torpaq üzərindən strategiya qurmadıq. Biz həmişə düşünürdük ki, torpaq torpağın altındakı sərvət bizi xilas edəcək. Ali Baş Komandan İlham Əliyev göstərdi ki, karbohidrogen ehtiyatları xoşbəxtliyə kifayət etmir. Əgər kifayət etsəydi, neft sindromundan əziyyət çəkən bu qədər millət xoşbəxt ola bilərdi. Buna görə də Ali Baş Komandan İlham Əliyev həm texnoloji həm qüvvətli canlı ordu resursları və nəhayət fəzada dron potensialı ilə savaş apardı və qalib gəldi. Ermənilər buna hazır deyildi. Dövrün ən üstün savaş texnologiyası - dron müharibəsi məhz süni intellektə əsaslanır",- deyə Z.Oruc əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
50
modern.az

1Sources