EN

“Qalatasaray” yayda “Barselona”nın futbolçusuna rəsmi təklif göndərməyi planlaşdırır

BAKI, 11 fevral. TELEQRAF

“Qalatasaray” “Barselona”nın gənc futbolçusu Mark Bernalın transferini yay fasiləsinə saxlayıb.

Teleqraf İspaniya mətbuatlna istinadın xəbər verir ki, Superliqa təmsilçisi qış transfer pəncərəsinin son günü 19 yaşlı oyunçu üçün Katoloniya klubuna 30 milyon avro təklif etsə də, tərəflər razılığa gələ bilməyib.

“Sarı-qırmızılılar” futbolçuya Kataloniya klubunda qazandığı maaşın 3 qatını təklif edib. Bildirilir ki, “Qalatasaray” yay transfer dönəmində Bernal üçün yenidən hərəkətə keçəcək.

Qeyd edək ki, cari mövsüm “Barselona”nın heyətində 18 oyuna çıxan ispan yarımmüdafiəçi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 18 yaşlı dayaq yarımmüdafiəçisinin Kataloniya klubu ilə müqaviləsi 2029-cu ilin yayında başa çatır.

Chosen
19
teleqraf.com

1Sources