EN

ABŞ səfirliyi: "Vensin Şəhidlər xiyabanını ziyarət etməsi hörmətin ifadəsidir"

"Bu gün ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və ikinci xanım Uşa Vens Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər".

"Cebheinfo.az" xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşımda qeyd edilib.

"Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsi olmaqla yanaşı, anım mədəniyyətinin, insan ləyaqətinin və sülhün vacibliyini bir daha vurğuladı", - paylaşımda bildirilib.

"Cebheinfo.az"

Chosen
16
15
cebheinfo.az

10Sources