EN

Hava limanı istiqamətində hərəkət məhdudlaşdırılacaq - Bu tarixlərdə

Bakı.Trend:

14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Aeroportşosesində (“Buta Palace” yaxınlığı) mövcud istismar müddətini başavurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metalkonstruksiya ilə birlikdə sökülərək yerində yenisininquraşdırılması işləri görüləcək.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilir ki, bu səbəbdən 14 fevral tarixində saat 00:00-dan07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu”metro stansiyası istiqamətində, 15 fevral tarixində isə həminsaatlarda “Koroğlu” metro stansiyasından (Suraxanı dairəsiüzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyatvasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Alternativyol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhəristiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülərşəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabrprospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

Məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativyollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisitərəfindən zəruri tədbirlər görüləcək.

Chosen
21
19
az.trend.az

10Sources