EN

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi praktik problemləri” konfransına məruzələr qəbul edilir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 11 fevral, AZƏRTAC

Martın 5-də Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktik problemləri” respublika konfransı keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində məqsəd dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-nəzəri və praktiki problemləri, bu sahədə trendlər, mövcud yanaşmaların, aparılan tədqiqatların nəticələrinin müzakirə olunmasıdır. Ölkədə genişlənən rəqəmsal transformasiya prosesləri fonunda dövlət idarəçiliyində baş verən dəyişikliklər bu sahədə biliklərin hələ də sistemli olmadığını göstərir. Dövlətin əsas fəaliyyət sahələrinin rəqəmsallaşması, dövlətin kibersuverenliyinin təmin olunması baxımından yeni çağırışlar, təhdidlər və risklər yaradır. Konfransda qlobal çağırışlara uyğun kibersuveren dövlətin formalaşdırılması, rəqəmsal dövlət sisteminin etibarlı, təhlükəsiz və dayanıqlı işləməsinin təmin olunması, rəqəmsal ekosistemin inkişaf etdirilməsi, bulud əsaslı rəqəmsal dövlətin şəbəkə infrastrukturunun qurulması məsələləri müzakirə olunacaq. Bununla yanaşı, vətəndaşların rəqəmsal dövlət xidmətlərindən məmnuniyyət səviyyəsinin qiymətləndirilməsi və dövlət əhəmiyyətli kritik sistemlərdə kibertəhlükəsizliyin təmin olunması problemləri sahəsində aparılan tədqiqatların nəticələri müzakirə ediləcək. Konfrans kibersuveren dövlətin formalaşdırılması sahəsində perspektiv tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi üçün intellektual platforma rolunu oynayır.

Konfrans rəqəmsal ekosistemin və milli rəqəmsal dövlətin formalaşdırılması, data, texnoloji, şəbəkə və bulud suverenliyi, süni intellekt həlləri, kibertəhlükəsizlik və rəqəmsal dayanıqlıq, kritik sistem və infrastrukturlar, kibersuverenlik və enerji təhlükəsizliyi, milli proqram sənayesi, rəqəmsal platformalarda linqvistik suverenlik və kadr təminatı istiqamətləri üzrə keçiriləcək.

Respublika konfransının istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş elmi məruzələr qəbulu fevralın 16-dək davam edəcək.

Əlaqə üçün [email protected], [email protected] ünvanlarına yazmaq olar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
azertag.az

1Sources