EN

Kadırov “dirilən” oğlu ilə şam yeməyində

Çeçenistan lideri Ramzan Kadırov Vismurat Əliyevlə birlikdə şam yeməyindən çəkilmiş videonu paylaşıb.

Publika.az xəbər verir ki, naharda region liderinin oğlu Adam Kadırov da iştirak edir. Kadırov onu salamlayır və "dirilən adam” adlandırır.

Ramzan Kadırov yazıb: "Əziz qardaşım, Çeçenistan Respublikası rəhbərinin köməkçisi Vismurat Əliyev və son şayiələrə baxmayaraq Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının "dirilən" katibi Adam Kadırovla gec şam yeməyi etdik".

Dünən Çeçenistan rəhbəri ilk dəfə olaraq Qroznıda Adam Kadırovun xəsarət aldığı iddia edilən yol-nəqliyyat hadisəsi ilə bağlı xəbərlərə münasibət bildirib. O, məlumatı süni intellekt tərəfindən yaradılan saxtakarlıq adlandırıb.

Chosen
8
publika.az

1Sources