EN

Növbəti nəsil Britaniya esmineslərinin konsepsiyası 2026-cı ilin iyun ayına qədər hazır olacaq

Kral Dəniz Qüvvələri üçün növbəti nəsil “Tip-83” sinifli esmineslərin hazırlanması planları hələ də nəzərdən keçirilir. Layihənin yekun əsaslandırılması hələlik ümumi müdafiə investisiya planının bir hissəsi kimi təsdiqlənməyib.

Herbiand.az bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi xəbər verib.

Məlumata görə, Böyük Britaniyanın müdafiə təchizatı naziri Lyuk Pollard deputat Ben Obes-Jektinin parlament sualına yazılı cavabında bildirib ki, 2026-cı ilin iyun ayına qədər gözlənilən yeni hərbi gəmi konsepsiyasının ilkin əsaslandırılması Kral Dəniz Qüvvələrinin “Hibrid Donanma Strategiyası” kontekstində qiymətləndirilir.

Strategiyanın məqsədi növbəti nəsil Britaniya esmineslərinin inkişaf edən qlobal təhdidlərə effektiv şəkildə cavab verə bilməsini və pilotsuz platformalar da daxil olmaqla digər donanma aktivləri ilə problemsiz qarşılıqlı əlaqədə olmasını təmin etməkdir.

“Tip-83” esminetsləri 2010-cu illərin əvvəllərindən bəri xidmətdə olan Tip-45” esminetslərini əvəz etmək üçün nəzərdə tutulub. Yeni sinfin imkanları və dəyəri haqqında təfərrüatlar hələ açıqlanmasa da, onun Böyük Britaniyanın gələcək yerüstü döyüşçülər donanmasının əsas elementi olacağı gözlənilir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
24
herbiand.az

1Sources