EN

Tehrandan Ağ Evə İsrail xəbərdarlığı

Tehran Ağ Evi  İsraili danışıqları pozmaqda ititham edib.
Ölkə.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bu barədə sosial mediada yazıb:

"Netanyahu hazırda ABŞ-a gedir. Amerikalılar ağıllı düşünməli və uçuşundan əvvəl etdiyi kimi, “amerikalılara nüvə danışıqlarının çərçivəsini öyrədəcəyini” iddia etməsinə imkan verməməlidirlər. Onlar sionistlərin dağıdıcı roluna qarşı ayıq olmalıdırlar”.

ABŞ prezidenti Donald Tramp və İsrailin baş  naziri Benyamin Netanyahunun sabah Ağ Evdə görüşməsi gözlənilir. ABŞ-a yola düşməzdən əvvəl Netanyahu bildirib ki, Vaşinqtondakı görüş zamanı Trampa İsrailin İranla danışıqlara dair fundamental prinsiplərini təqdim edəcək.

 Mürtəza

Chosen
21
2
olke.az

3Sources