Meksikanın Sinaloa ştatında 23 yanvarda qaçırılan on mədənçidən beşinin cəsədi Konkordiya şəhərindəki gizli məzarlıqda tapılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar dörd nəfər saxlanılıb və saxlanılanların "Los Chapitos" cinayətkar təşkilatına mənsub olduqları bildirilib.
Meksika Federal Prokurorluğu mədənçilərin qaçırılması və 5-nin ölümü ilə bağlı genişmiqyaslı araşdırma başladıb.