EN

NATO ölkəsindən şok xəbərdarlıq: Rusiya ərazimizi işğal edə bilər

Rusiya Norveçə qarşı genişmiqyaslı işğal ehtimalının aşağı olduğunu bildirsə də,  lakin  sərhədimizə yaxın Kola yarımadasında yerləşən nüvə potensialını qorumaq üçün   işğal siyasətini həyata keçirəcəyini istisna etmirik.

Azreform.info  xəbər verir ki, bunu Norveç Baş Qərargah rəisi, general Eirik Kristoffersen deyib.
General qeyd edib ki, Rusiyanın Ukraynada və keçmiş SSRİ məkanında müşahidə olunan ekspansionist siyasəti Norveç üçün birbaşa hədəf kimi qiymətləndirilmir. Bununla belə, Rusiyanın nüvə potensialının böyük hissəsinin Norveç sərhədinə yaxın Kola yarımadasında yerləşdirilməsi riskləri artıran əsas amil kimi göstərilir.

Kristoffersen vurğulayıb ki, NATO ilə mümkün qarşıdurma zamanı bu bölgədəki nüvə arsenalı Moskva üçün “kritik əhəmiyyət” daşıya bilər. Onun sözlərinə görə, Rusiya nüvə qüvvələrinin, xüsusilə də “ikinci zərbə” potensialının qorunması üçün müəyyən hərbi addımlar ata bilər.
Norveçli general əlavə edib ki, ölkə ən pis ssenarilərə hazırlaşır və həm klassik hərbi təhlükələrə, həm də təxribat və hibrid hücumlara qarşı müdafiə planları gücləndirilir.

 Mürtəza

Chosen
4
2
azreform.info

3Sources