EN

Hindistan vətəndaşına qarşı quldurluq edənlərlə bağlı QƏRAR

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Hüsni Dadaşov və onun tanışı Xaləddin Şəmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Xaləddin Şəmmədov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Hüsni Dadaşovla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayətkar əlaqəyə girib.

Məhkəmə araşdırmalarına görə, onlar 8 iyun 2023-cü il tarixdə, səhər saat 5 radələrində, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkda izləməyə başladıqları Hindistan Respublikasının vətəndaşı, zərərçəkmiş B.B.-ni (adı, soyadı şərtidir) “Sahil” adlı hostelə daxil olmasını müşayiət ediblər. Hüsni hostelin 4-cü mərtəbəsində zərərçəkmiş şəxsə hücum edib, onu dizi ilə liftin künc hissəsinə itələyib və üzərində gəzdirdiyi bıçağı alaraq qarın nahiyəsinə tərəf sıxaraq xəsarət yetirəcəyi ilə hədələyib. Sonra Hüsni B.B.-nin əl çantasının arxa cibindən 360 manat və 2 ABŞ dolları (3,40 manat ekvivalentində) pul vəsaitini götürüb.

Hüsni Dadaşov cinayətkar əməllərini davam etdirərək, zərərçəkmiş şəxsdən çantasının ön zəncirbəndini açmasını tələb edib, bundan sonra çantadakı pul kisəsindən 2 000 manat və 30 000 İran rialını ələ keçirib. Nəticədə, cəmi 2 364,62 manat məbləğində pul vəsaiti quldurluq yolu ilə ələ keçirilib.

Məhkəmə prosesində müəyyən edilib ki, Xaləddin Şəmmədovun törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan quldurluq cinayəti kimi qiymətləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xaləddin Şəmmədov 8 il 6 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Həmçinin həmin hökmlə Hüsni Dadaşov da azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
2
konkret.az

3Sources