EN

Rusiya bölgələri və Xəzər dənizi üzərində 10 Ukrayna pilotsuz uçuş aparatı vurulub

Rusiya

Rusiya hava hücumundan müdafiə qüvvələri iki saat ərzində Krım, Tatarıstan, Belqorod bölgəsi və Xəzər dənizi üzərində on Ukrayna dronu vurub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“11 fevral tarixində saat 07:00-dan 09:00-dək növbətçi HHM vasitələri tərəfindən təyyarə tipli 10 Ukrayna pilotsuz uçuş aparatı məhv edilib: 5 PUA Krım Respublikası ərazisi üzərində, 3 PUA Tatarıstan Respublikası üzərində, 1 PUA Belqorod vilayəti üzərində və 1 PUA Xəzər dənizinin akvatoriyası üzərində”, –Müdafiə Nazirliyi bildirib.

Məryəm Quliyeva

Chosen
20
1
xalqcebhesi.az

2Sources