EN

Nəriman Axundzadə “Kolumbus Kru”da - Rəsmi

“Qarabağ”ın gənc hücumçusu Nəriman Axundzadənin ABŞ-nin MLS liqasında çıxış edən “Kolumbus Kru” klubuna transferi rəsmiləşib.

Hit.az ABŞ klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ohayo təmsilçisi 21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Transfer MLS-in gənc istedadlar üçün nəzərdə tutulmuş “U22 Initiative” proqramı çərçivəsində reallaşıb. Nəriman Axundzadə ABŞ-də idmançılar üçün nəzərdə tutulan xüsusi P-1 vizasını aldıqdan sonra rəsmi olaraq komandanın heyətinə qoşulacaq. Klubun rəsmi paylaşımında oyunçunun texniki bacarıqları və sürəti xüsusi vurğulanıb.

Qeyd edək ki, Nəriman bu mövsüm “Qarabağ”ın heyətində Premyer Liqada 13 matçda 3 qol vurub.

Chosen
8
1
hit.az

2Sources