EN

Nəsibə Zeynalovanın geyimlərində EFİRƏ ÇIXDI - VİDEO

Aktrisa Sonaxanım Əliyeva mərhum Xalq artisti Nəsibə Zeynalovaya aid səhnə geyimlərində efirə çıxaraq diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi "Həmin Zaur" proqramında qonaq olub. Veriliş zamanı aparıcı-müğənni Sərxan Kərəmoğlunun səsləndirdiyi "Qaynana" mahnısının sədaları altında rəqs edən aktrisanın geyimləri xüsusi maraq doğurub.

Sərxan Kərəmoğlu bildirib ki, həmin libaslar vaxtilə Nəsibə Zeynalovanın özü tərəfindən geyinilib:

"Bunlar Nəsibə xanımın şəxsi paltarlarıdır. Filmlərdə istifadə olunan geyimləri Tarix Muzeyində saxlanılır. Bu isə tamaşalarda geyindiyi libaslardır. 26 il əvvəl Nəsibə xanım bu geyimləri mənə verib. O vaxtdan qoruyub saxlamışam və bu gün ilk dəfədir ki, efirdə geyinilir", - deyə o vurğulayıb.

Qeyd edək ki, unudulmaz sənətkar Nəsibə Zeynalova 2004-cü il martın 10-da - Milli Teatr Günündə vəfat edib.

Hüseyn
Milli.Az

Chosen
16
1
milli.az

2Sources