EN

Arvadını öldürən kişini tutuquşu ifşa etdi

Amerikanın Miçiqan ştatında danışan tutuquşu polisə qatili tapmağa kömək edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Mirror" qəzeti məlumat yayıb.

Quş sadəcə eyni cümləni dəfələrlə təkrarlayıb və bu, qətlin motivini üzə çıxarıb. 

Məlumata görə, polis Martin və Qlenn Durhamların evinə gələndə, ər və arvadı güllələnmiş vəziyyətdə tapıb. Qadın artıq ölmüşdü, kişi isə yaralı idi. O, baş verənlər barədə heç nə bilmədiyini bildirib və atəş açan şəxsi görmədiyini deyib. 

İstintaq prosesi müstəntiqlər evdə yaşayan tutuquşuya diqqət çəkənə qədər çıxılmaz vəziyyətə düşüb.

Quş mərhum qadının səsi ilə eyni cümləni təkrarlayıb: "Vurma". Müstəntiqlər tutuquşunun ev sahibinin ömrünün son dəqiqələrində dediyi cümləni təkrarlaya biləcəyini ehtimal ediblər. Evdə əlavə axtarış aparılıb "intihar" əlamətləri olan bir neçə qeyd tapılıb. 

Nəticədə məlum olub ki, qadın ərini öldürüb və özü də intihara cəhd edib. 

Seymur Əli

Chosen
47
50
unikal.az

10Sources