EN

Kunq-fu öyrənən robotlar - VİDEO

Yazını böyüt
Yazını kiçilt

Çində "Agibot" şirkətinin robotlarının iştirakı ilə qala-konsert təşkil olunub. Onlar mahnı oxuyub, rəqs edib və akrobatik hərəkətlər göstəriblər.

Hafta.az xəbər verir ki, bu barədə Aif.ru məlumat yayıb.

Məlumata görə, onların çıxışını zaldakı digər robot tamaşaçılar alqışlarla qarsalayıblar və heyranlıqlarını ifadə ediblər. Konsertin yayımını təxminən 1,4 milyon insan izləyib.

Xəbərdə bildirilir ki, robotlar səhnəyə çıxmazdan əvvəl Şaolin monastırından olan döyüşçü rahiblərlə birlikdə kunq-fu hərəkətlərini də məşq ediblər. Eramızın 495-ci ilində qurulan əfsanəvi Şaolin monastırı uzun illərdir qlobal döyüş sənətlərinin mərkəzlərindən hesab olunur. İndi bu idman növünün ustaları qədim bilikləri təkcə insanlara deyil, həm də robotlara ötürürlər. Robotlar təlimçilərin hərəkətlərini diqqətlə mənimsəyiblər.

Chosen
7
1
hafta.az

2Sources