Paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, 99 GL 737 dövlət nömrə nişanlı "Mitsubişi Pajero" markalı avtomobil "Karsan Atak" markalı sərnişin avtobusu ilə toqquşub. Hadisəyə səbəb "Mitsubişi Pajero" markalı avtomobilin sol təkərinin yerindən çıxması olub. Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.