EN

Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə0,07 ABŞ dolları və ya 0,1% azalaraq 71,14 dollar təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,07 dollar və ya 0,1%ucuzlaşaraq 68,65 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,17 dollar və ya 0,4% azalaraq, 40,63 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,07 dollar vəya 0,1% azalaraq 72,04 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Chosen
97
29
az.trend.az

10Sources