EN

Mitsotakis Türkiyəyə gəlir

Yunanıstan baş naziri Kiriakos Mitsotakis prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə gələcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.

Onun sözlərinə görə, səfər çərçivəsində Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclası keçiriləcək.

Görüş zamanı həmçinin Türkiyə-Yunanıstan münasibətləri bütün ölçülərdə nəzərdən keçiriləcək. İki qonşu ölkə arasında əməkdaşlığı inkişaf etdirmək imkanları, Egey dənizi və silahsızlaşdırılmış statuslu adalar müzakirə olunacaq.

Şərqi Aralıq dənizindəki hadisələr və Kiprdə həll yolu axtarışı da iki liderin gündəliyində olacaq.

Chosen
33
publika.az

1Sources