EN

Prokurorluqdan ağır ittiham Ömürlük həbsi istənildi

ain.az, Axsham.az saytına istinadən bildirir.

Türkiyədə məşhurların meneceri kimi tanınan Ayşe Barım haqqında ağır ittiham irəli sürülüb.

Axşam.az xəbər verir ki , prokurorluq Barımı Türkiyə hökumətini ləğv etməyə təşəbbüs maddəsi ilə ittiham edərək onun barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib.

İddialara əsasən, Ayşe Barım 2013-cü ildə baş verən Gezi Parkı hadisələri zamanı bəzi tanınmış simaların aksiyalarda iştirakını təşkil etməkdə günahlandırılır. Prokurorluq bunun dövlətə qarşı yönəlmiş fəaliyyət olduğunu iddia edib.

Hazırda iş üzrə məhkəmə prosesi davam edir. Yekun qərarın növbəti iclaslarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Fuat Uğurun "TV100"də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı “5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhurun adını təmsil edən "ID İletişim" şirkəti haqqında araşdırma başladıb. Şirkətin sahibi Ayşe Barım yanvarın 27-dən etibarən həbsdə idi.

O, 248 gün həbsdə qaldıqdan sonra məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
147
axsam.az

1Sources