EN

İssa Nərimanın ABŞ klubuna transferindən danışdı

ABŞ-nin "Kolumbus Kru" klubunun rəsmisi Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ilə bağlı nikbin fikirlər səsləndirib...

Klubun baş meneceri İssa Toll gənc hücumçunun komandaya qoşulmasını dəyərləndirib.

O bildirib ki, "Qarabağ"dan transfer olunan futbolçu kollektivə yeni keyfiyyətlər qazandıracaq:

"Nəriman fərqli bacarıqlara sahib oyunçudur və bu xüsusiyyətləri komandamıza əlavə üstünlüklər verəcək. Onun texniki imkanları və meydandakı çalışqanlığı oyun fəlsəfəmizə tam uyğundur".

Baş menecer vurğulayıb ki, Axundzadə yaşının az olmasına baxmayaraq, artıq həm yerli çempionatda, həm Avropa turnirlərində, həm də Azərbaycan millisində çıxış edərək ciddi təcrübə toplayıb. "Onu Kolumbusa salamlayırıq və klubumuzda göstərəcəyi inkişafı səbirsizliklə gözləyirik", - deyə İ.Toll əlavə edib.

Qeyd edək ki, Nəriman Axundzadə ABŞ təmsilçisi ilə 2029-cu ilin iyun ayınadək qüvvədə olacaq müqaviləyə imza atıb. (Milli.Az)

Poliqon.info

Chosen
13
1
poliqon.info

2Sources