EN

2026-cı ildə 200 milyondan çox uşağın humanitar yardıma ehtiyacı olacaq

Müəllif:Mehin Qasımova,Banco.az

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel UNICEF-in Nyu-Yorkdakı BMT-nin qərargahında keçirilən ilk illik iclasında çıxış edərək, dünyanın və çoxtərəfli sistemin əhəmiyyətli bir keçid dövrünü yaşadığını söyləyib.

 Banco.az xəbər verir ki, dünyadakı dəyişikliyin müvəqqəti olmadığını vurğulayan Rassel dünyanın  sürətlə dəyişdiyini və bu dəyişikliklərin müvəqqəti olmadığını vurğulayıb.

"Uşaqların üzləşdiyi çətinliklər çox böyükdür, getdikcə daha mürəkkəb, məhdudlaşdırıcı və qütbləşmiş hala gəlir".

Rassel ötən il çoxtərəfli sistemin və beynəlxalq yardımın gələcəyi ilə bağlı ciddi çətinliklərlə üzləşdiyini qeyd edərək bildirib ki, son 30 ildə uşaq sağlamlığında əhəmiyyətli irəliləyişlərə baxmayaraq, 2025-ci il bu əsrdə nəsillərin qazandığı uğurları geri çevirmək və uşaq ölümündə artım müşahidə etmək üçün ilk il ola bilər.

O UNICEF-in, xüsusən də böhrandan təsirlənən ərazilərdə yaşayan ən həssas uşaqlar üçün təsirli, etibarlı və nəticəyönümlü qalmasının vacibliyini vurğulayıb və qlobal şəraitin uşaqlar üçün son dərəcə çətin olaraq qaldığını qeyd edib.

Rassel münaqişələrin, iqlim şoklarının, iqtisadi qeyri-sabitliyin və bərabərsizliyin uşaqlara, ailələrə və icmalara böyük təzyiq göstərdiyini vurğulayaraq bildirib ki, bu gün uşaqların üzləşdiyi humanitar vəziyyət indiyə qədər gördüyümüz ən pis vəziyyətlərdən biridir. 2026-cı ildə 130-dan çox ölkədə 200 milyondan çox uşağın humanitar yardıma ehtiyacı olacaq.

Chosen
26
1
banco.az

2Sources