Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinə atdığı "Şahed" raketi şəxsi evə dəyib.
Aznews.az xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov öz “Telegram” kanalında məlumat verib.
O Xarkovun Boqoduxov şəhərinə raket düşməsi nəticəsində bir evin dağıldığını və dağıntılar altında üç uşağın qaldığını bildirib.