EN

Somalidə sərnişin təyyarəsi qəzaya uğradı

Bakı. Trend:

Somalidə Moqadişu şəhərindən havaya qalxan sərnişin təyyarəsitexniki nasazlıq səbəbindən uçuşdan az sonra geri qayıtmağa məcburolub.

Trend xəbər verir ki, havalimanına dönən təyyarə eniş zamanı zolaqdan kənara çıxıb vənəticədə qanad hissəsi zədələnib.

Somalinin “StarSky” aviaşirkətinə məxsus, göyərtəsində 55nəfərin olduğu Fokker 50 tipli sərnişin təyyarəsinin enişi zamanıxəsarət alan olmayıb.

Chosen
21
az.trend.az

1Sources