EN

İnternetdə "qiyamət gününün təyyarəsi"nin unikal fotosu peyda olub

"Fighterbomber" "Telegram" kanalı Rusiyanın "qiyamət gününün təyyarəsi" adlandırılan "İl-86" hava idarəetmə mərkəzinin unikal fotosunu yayımlayıb.
 
Moderator.az xəbər verir ki, fotoda "İl-86" təyyarəsinin havada yanacaq doldurulduğu an əks olunub. Kadra əsasən, təyyarə yanacaqdoldurma şlanqı vasitəsilə yanacaq alır. Müəllif - "şəkli, sadəcə, nadir yox, çox nadir adlandırmaq olar", - deyə bildirib.
 
Qeyd edək ki, "İl-86" xüsusi hava komanda məntəqəsidir. O nüvə müharibəsi də daxil olmaqla, genişmiqyaslı münaqişə zamanı yüksəkrütbəli hərbi rəhbərliyin təxliyəsi və qoşunların idarə olunması üçün nəzərdə tutulub. Təyyarə güclü elektron sistemlərlə təchiz edilib və nüvə partlayışının təsirlərinə davamlı konstruksiyaya malikdir. /oxu.az/
Chosen
12
2
moderator.az

3Sources