EN

Narkotik mafiyası seçkilərə müdaxilə edə bilər

Yazını böyüt
Yazını kiçilt

Fransada martda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində daxili təhlükəsizlik məsələləri yenidən gündəmə gəlib. Ölkənin daxili işlər naziri Loran Nunez narkotik ticarəti ilə məşğul olan şəbəkələrin seçki prosesinə müdaxilə edə biləcəyi ilə bağlı “real narahatlığın” mövcud olduğunu bildirib. Bununla belə, nazir hazırda bu şübhələri təsdiqləyən heç bir konkret faktın olmadığını da deyib.

Hafta.az xəbər verir ki, Fransa Senatının televiziya kanalı olan “Public Sénat”a müsahibəsində Loran Nunez vəziyyəti narahatlıq mərhələsi kimi xarakterizə edib. Onun sözlərinə görə, hələlik hüquqi baxımdan sübuta yetirilmiş faktlar mövcud deyil, lakin narahatlıq doğuran hadisələr diqqətdən kənarda qala bilməz.

Nazir bu kontekstdə narkotik mafiyasının bəzi ərazilərdə artan təsirindən danışıb. Nunez xüsusilə tacirlərə qarşı təzyiqləri, reket və hədə-qorxu hallarını, eləcə də İzer departamentinin Eşirolles şəhərində bələdiyyə başçısının avtomobilinin yandırılmasını narahatedici fakt kimi qeyd edib. Onun fikrincə, bu cür hadisələr yerli səviyyədə demokratik proseslər üçün risk yarada bilər.

Həmçinin, Nunez artıq polis rəisləri ilə görüş keçirdiyini və onları bu risklərə qarşı diqqətli olmağa çağırdığını deyib.

Chosen
7
2
hafta.az

3Sources