EN

Əfsanəvi motosiklet istehsalçısının səhmləri kəskin şəkildə aşağı düşdü

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Motosiklet istehsalçısı olan əfsanəvi "Harley-Davidson" şirkətinin səhmləri fevralın 10-a 11 faiz ucuzlaşıb. Bu, şirkətin motosiklet tədarükündə gözlənilməz azalmanın olduğunu elan etməsindən sonra baş verib.

Oxu.Az bildirir ki, bu barədə "Bloomberg" nəşri məlumat verib.

Bu, istehsalçının zəif tələbat və sərt gömrük rüsumlarından qaynaqlanan problemlərini daha da artırıb.

Dördüncü rübdə şirkətin dünya üzrə motosiklet tədarükləri 13 515 ədəd və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz az olub. Öz növbəsində analitiklər orta hesabla 16 408 ədəd gözləyirdilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
oxu.az

1Sources