EN

“Milan” “Arsenal”ın hücumçusunu transfer etmək istəyir

Bakı. Trend:

“Arsenal”ın hücumçusu Qabriel Jezus “Milan”ın diqqətmərkəzindədir.

Trend“Tuttosport”a istinadən məlumatına görə, hücumçu Santyaqo Ximenesinklubdan ayrılacağı gözlənildiyi üçün “rossonerilər” bu yayhücumlarını gücləndirməyə çalışırlar.

Mənbənin məlumatına görə, braziliyalı futbolçu İtaliya klubununtransfer siyahısındakı əsas namizədlərdən biridir.

Bu mövsüm Jezus bütün yarışlarda 16 oyunda meydana çıxıb, dördqol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkımüqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt-dakıməlumata görə, onun bazar dəyəri 20 milyon avrodur.

Chosen
9
1
az.trend.az

3Sources