Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Senzor.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Rəşad İsmayılov bu təyinata qədər ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsində çalışırdı.