Bakı. Trend:
ABŞ hakimiyyəti quru yolları ilə həyata keçirilən narkotikqaçaqmalçılığına qarşı mübarizəyə start vermək niyyətindədir.
Trend xəbər verir ki, bubarədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
“Dəniz üzərindən narkotik qaçaqmalçılığı ciddi şəkildəazaldılıb. Gəmilərə qarşı görülən tədbirlər nəticə verib. İndi isədiqqətimizi quru əməliyyatlarına yönəldəcəyik. Əvvəl dəniz yolununəzarətə götürməli idik, çünki əks halda qaçaqmalçılar dərhalmarşrutlarını dəyişərək gəmilərə yönələcəkdilər. İndi onların buimkanları məhdudlaşıb və biz quru istiqamətində əməliyyatlarabaşlayacağıq”, – deyə Tramp qeyd edib.