EN

Azərbaycan fiqurlu konkisürəni qısa proqram üzrə çıxış elədi - Qış Olimpiya Oyunları

İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürən Vladimir Litvintsev çıxış edib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz qısa proqramda mübarizə aparıb.

Litvintsev 63,63 xalla hələ ki, 13-cü yerdə qərarlaşıb.

Yarışda ümumilikdə 29 idmançı iştirak edir. Onlardan ilk 24 yeri tutanlar sərbəst proqramda çıxış etmək hüququ qazanacaqlar.

Bu, V.Litvintsevin ikinci Qış Olimpiya Oyunlarıdır. O, 2022-ci ildə keçirilən yarışda 18-ci yerlə kifayətlənmişdi.

Chosen
33
sportinfo.az

1Sources