BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə rəsmi qəzetdə ("Resmi Gazete") dərc olunan qərara əsasən, ölkə kabinetində iki mühüm təyinat reallaşıb.
TurkicWorld xəbər verir ki, qərara əsasən Daxili İşlər və Ədliyyə nazirləri vəzifələrindən azad edilib və yerlərinə yeni təyinatlar olub.
Türkiyə Prezidenti tərəfindən həyata keçirilən kabinet dəyişikliyi nəticəsində Daxili İşlər naziri Ali Yerlikayanın yerinə Ərzurum valisi Mustafa Çiftçi təyin edilib. Eyni zamanda, Ədliyyə naziri Yılmaz Tunç yerinə İstanbul Baş prokuroru Akın Gürlek gətirilib.
Dərc olunan rəsmi qərarlar artıq qüvvəyə minib. Bu dəyişiklik Türkiyənin dövlət idarəetməsində mühüm struktur islahatlarının davamı kimi qiymətləndirilir. Yeni təyin olunan nazirlərin yaxın vaxtlarda vəzifələrinin icrasına başlayacağı gözlənilir.