EN

Rusiyaya məxsus sayılan texnologiya artıq Almaniyada: Hipersəsli raket sınağı

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın "Hypersonica" adlı müdafiə startapı yeni hipersəsli raket texnologiyasını uğurla sınaqdan keçirib.

Oxu.Az bu barədə BILD nəşrinə istinadən xəbər verir.

Məlumata görə, indiyədək bu cür texnologiyaya yalnız Rusiyanın malik olduğu hesab edilirdi. Hipersəsli raket adi güllədən dəfələrlə sürətlə uçur, bu isə onu hava hücumundan müdafiə və raket əleyhinə sistemlər üçün son dərəcə çətin hədəfə çevirir.

"Hypersonica" şirkətinin açıqlamasına əsasən, hipersəsli prototip Norveçdə yerləşən Andoya Kosmodromundan ilk dəfə uğurla buraxılıb. Sınaq zamanı raket saatda təxminən 7 300 kilometr sürətə çatıb və 300 kilometrədək uçuş məsafəsi qət edib.

Startap 2029-cu ilə qədər tam hazır silah sistemini təqdim etməyi planlaşdırır. Qeyd olunur ki, ilk sınaq uçuşu zamanı raket tam manevr qabiliyyətinə malik olub. Həmçinin bildirilib ki, bu silahın istehsal dəyəri əvvəlki analoji layihələrlə müqayisədə təxminən 80 faiz daha ucuzdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
oxu.az

1Sources