EN

Almaniyada "Lufthansa" reysləri tətil səbəbilə ləğv ediləcək

BAKI, 11 fevral. TELEQRAF

Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa"nın pilotları və bələdçi heyəti fevralın 12-də birgünlük tətil keçirəcək, çoxsaylı reyslərin ləğvi gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə "Vereinigung Cockpit" həmkarlar ittifaqı, eləcə də Almaniyanın "UFO" həmkarlar ittifaqı məlumat yayıb.

"Vereinigung Cockpit"in açıqlamasında bildirilir ki, tətil Almaniya hava limanlarından yerli vaxtla saat 00:01-dən 23:59-dək həyata keçirilən bütün reysləri əhatə edəcək. Tətil çağırışı "Lufthansa" və "Lufthansa Cargo"da çalışan həmkarlar ittifaqı üzvlərinə şamil olunur.

Həmkarlar ittifaqı "Lufthansa"nın təxminən 4,8 min əməkdaşı üçün pensiya ödənişlərinin artırılmasını tələb edir. Aviaşirkət rəhbərliyi isə yüksək xərclər və aşağı gəlirlilik səbəbindən bu tələbi qəbul etmir.

Eyni gündə bələdçi heyətin də xəbərdarlıq xarakterli tətil keçirəcəyi qeyd olunur. "UFO" həmkarlar ittifaqının nümayəndəsinin sözlərinə görə, məqsəd şirkəti kollektiv müqavilələrlə bağlı danışıqlara başlamağa məcbur etməkdir. Bu səbəbdən fevralın 12-də "Lufthansa"ya məxsus regional "Lufthansa CityLine" aviaşirkətinin Frankfurt-Mayn, Münhen, Hamburq, Bremen, Ştutqart, Köln, Düsseldorf, Berlin və Hannover hava limanlarından həyata keçirilən reysləri ləğv olunacaq.

Chosen
41
teleqraf.com

1Sources