Fici sahillərində 6,2 maqnitudalı güclü zəlzələ baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Sakit okean regionunda yerləşən Fici adaları sahillərində 6,2 maqnitudalı güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentrinin okean sularında yerləşdiyi bildirilir.
Zəlzələ nəticəsində hər hansı dağıntı, tələfat və ya sunami təhlükəsi barədə hələlik rəsmi məlumat daxil olmayıb. Hazırda seysmoloqlar vəziyyəti izləyir və yeraltı təkanların mümkün fəsadlarını araşdırırlar.
Xuraman Etibarlı
İnterpress.az