EN

Tramp: İran Vaşinqtonla razılaşma əldə etmək istəyir

BAKI, 11 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Tehran Vaşinqtonla razılaşma əldə olunmasında maraqlıdır.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu fikirləri "Fox Business" telekanalına müsahibəsində səsləndirib.

Tramp bildirib ki, onun qənaətincə, İran ABŞ ilə razılaşma bağlamaq niyyətindədir. Amerika lideri eyni zamanda belə bir razılaşmanın əldə olunmasını özü üçün də daha məqbul variant hesab etdiyini vurğulayıb.

“Düşünürəm ki, onlar razılaşma bağlamaq istəyirlər. Mən də razılaşmanı üstün tutardım”, – deyə Tramp qeyd edib.

Chosen
33
teleqraf.com

1Sources