EN

Premyer Liqa: “Nyukasl” səfərdə “Tottenhem”ə qalib gəlib - VİDEO

İngiltərə Premyer Liqasının 26-cı turunun “Nyukasl Yunayted” və “Tottenhem Hotspur" komandaları arasında keçirilən oyun başa çatıb.

“Sağsağanlar” oyunu 2:1 hesabı ilə qazanıblar. Matç Londondakı “Tottenhem Hotspur” stadionunda baş tutub.

45+5-ci dəqiqədə Malik Tşau hesabı açaraq qonaqlara irəli çıxarıb. 64-cü dəqiqədə Arçi Qrey bərabərlik qolunu vurub. 68-ci dəqiqədə Ceykob Remzi qonaqların ikinci qoluna imza atıb.

Bu oyundan sonra “Tottenhem” İngiltərə Premyer Liqasının turnir cədvəlində 29 xalla 16-cıdır, “Nyukasl Yunayted” isə 36 xalla 10-cu yerdə qərarlaşıb.

Turun digər oyununda da qonaqlar qalib gəliblər. “Bornmut” “Everton"dan üstün olub - 2:1.

“Çelsi” və “Lids Yunayted" isə sülhlə ayrılıblar - 2:2.

İdman.Biz
Chosen
24
idman.biz

1Sources