EN

Ailəsini öldürən şəxs qəhrəman oldu

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Yamal bölgəsində ağır cinayət keçmişi olan Mixail Moşkin hərbi ehtiramla dəfn edilib, yerli hakimiyyət orqanları onu “xüsusi hərbi əməliyyatın qəhrəmanı” kimi təqdim ediblər.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, rəsmi mərasimdə Moşkinin “işıqlı və əbədi xatirəsi” yad olunub, onun müharibədə həlak olması xüsusi vurğulanıb.

Lakin “qəhrəman” elan edilən şəxsin keçmişi ciddi cinayətlərlə doludur. Moşkin Ukraynaya qarşı aparılan müharibədə öldükdən sonra faktiki olaraq qəhrəmanlaşdırılıb, onun əvvəlki əməlləri isə rəsmi çıxışlarda xatırladılmayıb.

Məlumata görə, 2020-ci ildə məhkəmə Moşkini 11 il müddətinə azadlıqdan məhrum etmişdi. O, həyat yoldaşının azyaşlı oğlunu yeddi bıçaq zərbəsi ilə qətlə yetirib, daha sonra meyiti tundrada basdırmışdı.

Bu isə onun ilk ağır cinayəti olmayıb. 2005-ci ildə Moşkin öz doğma qardaşını odlu silahla öldürmüş, daha iki nəfəri isə yaralamışdı.

Müşahidəçilərin fikrincə, müharibə Rusiyada bir sıra hallarda cinayətkar keçmişin “silinməsi” üçün vasitəyə çevrilir: cəbhədə həlak olan şəxslər əvvəlki əməllərindən asılı olmayaraq rəsmi təbliğatda “qəhrəman” statusu alırlar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
axar.az

1Sources