EN

Filippində VULKAN PÜSKÜRDÜ: 32 yaşayış məntəqəsini KÜL BÜRÜDÜ – VİDEO

Filippində vulkan püskürüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Filippində vulkan püskürməsi nəticəsində yaranan kül yağışı 32 yaşayış məntəqəsinə ciddi təsir göstərib.

Püskürmə nəticəsində havaya qalxan nəhəng kül buludları geniş əraziyə yayılaraq binaların damlarını, yolları və əkin sahələrini qalın təbəqə ilə örtüb.

Təbiət hadisəsi səbəbindən həmin bölgələrdə görmə məsafəsi kəskin azalıb və nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Yerli hakimiyyət orqanları əhalini tənəffüs yolları xəstəliklərindən qorunmaq üçün maskalardan istifadə etməyə və zərurət olmadıqca qapalı məkanları tərk etməməyə çağırıb.

Hazırda xilasetmə qrupları fəsadların aradan qaldırılması üçün iş aparır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
25
interpress.az

1Sources