EN

Səhər 7 dən 3 ə qədər... Bakıda iş saatları dəyişə bilər

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı yollarında hər gün yaşanan mənzərə dəyişmir. Paytaxtın əsas küçə və prospektlərində hərəkətin iflic olması həm sürücülərin, həm də sərnişinlərin əsəblərini tarıma çəkir. Müxtəlif dövrlərdə tıxacların aradan qaldırılması üçün təkliflər verilsə də, real nəticə gözləntiləri doğrultmur. İndi isə diqqətlər yenidən ən çox müzakirə edilən çıxış yoluna, yəni iş və dərs saatlarının pilləli şəkildə dəyişdirilməsinə yönəlib.Demokrat.az xəbər verir ki, dünyada nəqliyyat sıxlığını azaltmaq üçün ən ideal iş saatları aşağıdakı kimi müəyyən edilib:07:00-15:00 (Erkən başlayanlar üçün)08:00-16:00 (Standart iş vaxtı)09:00-17:00 (Ənənəvi iş rejimi)10:00-18:00 (Gec başlayanlar üçün).Bəs, bu mexanizm ölkəmizdə də tətbiq oluna bilər?Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda iş və dərs saatlarının dəyişdirilməsi ilə bağlı təşəbbüslər var, məsələ gündəmdə olub.Onun sözlərinə görə, bu istiqamətdə real nəticələr əldə olunmayıb. Hətta pandemiya dövründə müvafiq qərarlar verilsə də, onların icrasına ciddi şəkildə əməl olunmayıb.Ekspert qeyd edib ki, hazırda "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda bu məsələyə yenidən baxılması nəzərdə tutulur:"İndiki halda dövlət proqramına baxsaq, orada da göstərilir ki, iş və dərs saatları məsələsinə bir daha baxılsın. Ümid edirik ki, bu dəfəki baxış real və müsbət nəticə verəcək".Ekspert bildirib ki, Bakıda əsas tıxac səbəblərindən biri təhsil sistemi ilə bağlıdır. Onun sözlərinə görə, ali və orta məktəblər bağlı olduqda şəhərdə tıxacın nəzərəçarpacaq dərəcədə azalması bunu sübut edir:"Bizdə dərs saatları biabırçılıqdır. Sovet dövründən qalan bir ənənə üzrə formalaşıb. Səhər saat 8-də birinci sinif uşağını yuxulu halda məktəbə aparmaq məcburiyyətində qalırıq. Halbuki buna real ehtiyac yoxdur".E.Muradlı qeyd edib ki, xüsusilə aşağı sinif şagirdləri tıxac problemini daha da kəskinləşdirir. İzah edib ki, 5-ci sinfə qədər olan uşaqlar əsasən valideynlərin şəxsi avtomobilləri ilə məktəbə aparılır:"Yuxarı sinif şagirdləri artıq ictimai nəqliyyatdan və ya piyada hərəkətdən istifadə edir. Əsas problem məhz aşağı siniflərdədir və bu da məktəblərin qarşısında ciddi sıxlığa səbəb olur".Ekspertin fikrincə, problemin həlli üçün dərs və iş saatlarının fərqli rejimə keçirilməsi mümkündür. O, xüsusilə sıx yaşayış məntəqələrində yerləşən məktəblərə fərdi yanaşmanın vacibliyini vurğulayıb:"Elə bir qərar olmamalıdır ki, bir məktəbə görə bütün ölkə üzrə dərs saatları dəyişsin. Elm və Təhsil Nazirliyi ilə Dövlət Yol Polisi birgə işləyib, konkret tıxac yaradan məktəblər üzrə fərdi qərarlar verə bilər. Fərdi yanaşmalarla müəyyən qədər vəziyyətdən çıxmaq olar".E.Muradlı əlavə edib ki, bu məsələdə əsaslı və elmi araşdırmalar aparılmadan nəticə əldə etmək mümkün deyil:"Gözəyarı qiymətləndirmə çıxış yolu deyil. Heç olmasa test rejimində bəzi dəyişikliklər yoxlanılmalıdır. Biz bunu etməmişik, ona görə də vəziyyət dəyişmir. İş saatlarının dəyişdirilməsinə isə çox normal yanaşıram və düşünürəm ki, bu, Bakı şəhərində tıxac probleminin azalmasına müsbət təsir göstərə bilər".Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
8
demokrat.az

9Sources