Rusiya-Ukrayna müharibəsində yaralanan daha bir həmyerlimiz vəfat edib.
“Hakimiyyet.az ” xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, müharibədə ilk gündən iştirak edən, əslən azərbaycanlı, “Saxa” ləqəbi ilə tanınan Saleh İsmayilov dünyasını dəyişib.
“Ukrayna ordusunun tərkibində demək olar bütün qaynar nöqtələrdə döyüşüb. Ağır yaralanandan sonra onkoloji xəstəlik tapıb və ondan da rəhmətə gedib”, - deyə paylaşımında qeyd edib.
