“Atletiko” Ederson üçün yenidən hərəkətə keçir.
İdmanxeber.az xəbər verir ki, Madrid klubu “Atalanta”nın yarımmüdafiəçisi Ederson Lourensonu transfer etmək üçün mart ayında danışıqlara başlamağı planlaşdırır.
26 yaşlı braziliyalının “Atalanta” ilə müqaviləsi 2027-ci ilə qədərdir və klub onu yalnız yüksək məbləğ qarşılığında satmağa razıdır.
Ederson bu mövsüm 28 oyunda 1 qol və 1 assistlə yadda qalıb.