EN

Ərəb Parlamentinin prezidenti ölkəmizə səfərə gəlib



Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi fevralın 10-da ölkəmizə rəsmi səfərə gəlib.

Newscenter.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Ərəb Parlamenti prezidentinin başçılıq etdiyi nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, protokol əməkdaşları və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Məhəmməd Əhməd Əl-Yammahinin ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, qaşılıqlı əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Süleyman
Chosen
18
4
newscenter.az

4Sources