OpenAI məşhur süni intellekt söhbət platforması ChatGPT-də ABŞ istifadəçiləri üçün reklamları tətbiq edib. İlk mərhələdə "Pulsuz" və yeni "ChatGPT Go" istifadəçiləri reklamlarla qarşılaşacaq, Plus, Pro, Business və Enterprise abunəçiləri isə reklamsız xidmətə davam edəcək.
BAKU.WS şirkətə istinadən xəbər verir ki, reklamlar cavabların doğruluğuna təsir etməyəcək, yalnız mesajların altında "sponsorlu" etiketi ilə göstəriləcək və şəxsi məlumatlar reklam verənlərlə paylaşılmayacaq. 18 yaşdan aşağı istifadəçilər, həmçinin sağlamlıq, psixologiya və siyasət mövzularında söhbətlər reklamdan azaddır.
İstifadəçilər reklamları gizlədə, şəxsi maraqlarına uyğunlaşdıra və ya tamamilə söndürə biləcək. OpenAI bu mərhələni "test və öyrənmə" prosesi adlandırır.