EN

Azərbaycanda Boz ay bu tarixdə başlayır KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycanda fevralın 21-dən Boz Ay başlayır.

KONKRET.az xəbər verir ki, Xalq təqviminə görə, Boz Ay qış fəslinin son ayı hesab olunur və fevralın 21-dən martın 21-nə qədər davam edir. Bu dövr qışdan yazın keçidini göstərir və havaların dəyişkənliyi ilə seçilir.

Boz Ay xalq arasında həm “Ala çillə”, “Alaçalpo”, “Yazağzı”, həm də “Ağlar-gülər ayı” adları ilə tanınır. Ənənəyə görə, havalar tez-tez dəyişir, bir gün isti, səhəri isə soyuq olur. Xalq arasında deyilir: “Boz ay bozara-bozara keçər”.

Boz Ayın dörd çərşənbəsi – Su, Od, Yel və Torpaq çərşənbələri – Novruz bayramının gəlişini müjdələyir. Bu dövrdə el mərasimləri, kənd təsərrüfatı işləri və yazın gəlişi ilə bağlı ənənələr davam edir.

Xalq təqviminə əsasən, qış fəsli üç mərhələdən ibarətdir:

Böyük Çillə – dekabrın 22-dən yanvarın 30-dək (40 gün)

Kiçik Çillə – yanvarın 31-dən fevralın 20-dək (20 gün)

Boz Ay – fevralın 21-dən martın 21-dək (30 gün)

Beləliklə, Boz Ay qışın son sərt ayı və yazın ilk xəbərçisi hesab olunur.\\Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
3
konkret.az

4Sources