Türkiyənin İzmir vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib, 12 şübhəli saxlanılıb.
News365.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Məlumata görə, əməliyyat İzmir Baş Prokurorluğu, Təhlükəsizlik və Terrorla Mübarizə idarələri tərəfindən həyata keçirilib.
"Təhlükəsizlik idarəsinə aparılan şübhəlilərin dindirilməsi davam edir" , - məlumatda qeyd olunub.