EN

Tramp İsrailin ilhaq planına qarşı çıxdı

ABŞ Prezidenti Donald Tramp İsrailin işğal olunmuş İordan çayının qərb sahilini ilhaq etməsinə qarşı çıxdığı iddia edilib.Metbuat.az xəbər verir ki, bu barədə Axios müxbiri Barak Ravid, X platformasında adı açıqlanmayan Ağ Ev rəsmisinə istinadən yazıb. O bildirib ki, Tramp İsrailin İordan çayının qərb sahilinin ilhaq etməsinin tərəfdarı deyil.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp əvvəllər İsrailin işğal olunmuş İordan çayının qərb sahilini ilhaq etməsinə qarşı çıxışlar edib. O, ötən il İsrail Parlamentində keçirilən ilhaq səsverməsi ilə bağlı "Qərb sahili üçün narahat olmayın, İsrail orada heç nə etməyəcək, - deyə bildirib.

Chosen
37
metbuat.az

1Sources